İsmayıllıda yenidən etiraz aksiyası başlayıb, saxlanılanlar var VIDEO
Rayon İcra Hakimiyyətinin binasından bir qədər aralıda təxminən 600 nəfərdən çox insan yığılıb
24 Yanvar 2013 13:43 Problemİsmayıllı rayonunda yenidən etiraz aksiyası başlayıb. ANS PRESS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, rayon İcra Hakimiyyətinin (İH) binasından bir qədər aralıda təxminən 600 nəfərdən çox insan yığılıb. Toplaşanlar icra hakimiyyətinin başçısı Nizami Ələkbərovun istefasını tələb edirlər.
Aksiya iştirakçıları polisə daş atıblar, Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan, rezin güllələrdən, gözyaşardıcı qumbaralarda, qazdan istifadə edir.
Saxlanılanlar var, rayondakı inzibati binalar mühafizə olunur. Əraziyə Daxili Qoşun hissələri, Çevik Polis Alayının, İsmayıllı və digər rayonların polis şöbələrinin əməkdaşları cəlb olunub. Aksiyanın dağıdılması istiqamətində polis çalışsa da, buna nail ola bilmir.