Malaxovun verilişində azərbaycanlı ilə bağlı qalmaqal yaşandı VIDEO

Məşhur "Pust Qovoryat" verilişində bu dəfə azərbaycanlının ailəsi müzakirəyə çıxarılıb

Rusiyanın I kanalında (1tv.ru) Andrey Malaxovun "Pust qovoryat" verilişdə azərbaycanlı kişinin iştirakı ilə qalmaqal yaşanıb. Belə ki, uzun müddətdir Saratov vilayətində yaşayan Nadejda Trifonova və onun azərbaycanlı həyat yoldaşı Xəlil Mehdiyevin iki övladı var: 8 yaşlı Elvin və 4 yaşlı Samir. Ailədə münaqişənin yaranmasına səbəb 4 yaşlı Samirin ağbəniz olmasıdır. Xəlil Mehdiyev iddia edir ki, uşağın atası o deyil.
Övladının atasının məhz Xəlil Mehdiyev olduğunu sübut etmək üçün T. Nadejda DNT ekspertizasının keçmək qərarına gəlib. Nəticələr 4 yaşlı Samirin həqiqətən də azərbaycanlı Xəlil Mehdiyevin oğlu olduğunu sübut edib.
Rusiyanın I kanalında yayımlanan "Pust qovoryat" verlişinə dəvət olunan Xəlil Mehdiyev həqiqəti biləndən sonra həyat yoldaşından üzr istəyib. Lakin T. Nadejda onu bağışlamayıb. Rusiyalı xanım azərbaycanlı ərinin onu bütün Rusiyada biabır etdiyini deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31