Bakı metrosunda hərəkət dayandı, sərnişinlər gərginlik yaşadı
Metro işçilərinin müdaxiləsindən sonra problem aradan qalxıb
22 Yanvar 2013 17:16 ProblemBakı metrosunda sərnişinlər arasında çaşqınlıq yaşanıb. Hadisə şahidlərinin milli.az-a verdiyi məlumata görə, bu gün saat 15:00 radələrində metronun "İçərişəhər" stansiyasında enən eskalator dayanıb. Bu isə sərnişin sıxlığına və çaşqınlığa səbəb olub.
Nəzarət məntəqəsinin növbətçisi bildirib ki, valideyn nəzarətindən çıxan uşaq eskalatorun düyməsini basıb və nəticədə sistem dayanıb. Metro işçilərinin müdaxiləsindən sonra problem aradan qalxıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31