Ombudsman zorakılıq hallarının cavablandırılması üzrə sorğular keçirib
21 Yanvar 2013 15:59 ProblemRespublikamızın ayrı-ayrı regionlarında zorakılıq hallarının cavablandırılması üzrə sistemə dair silsilə sorğular aparılıb. Ombudsman Aparatından "OLAYLAR"a daxil olan məlumatda bildirilir ki, Ombudsman Aparatı tərəfindən sorğular respublikanın müxtəlif regionlarında-- Xaçmaz, Siyəzən, Astara, Yardımlı, Gəncə, Gədəbəydə, habelə Bakı şəhərinin Qaradağ və Səbail rayonlarında keçirilib.
Təhsil, səhiyyə, sosial xidmət təşkilatları, hüquq-mühafizə, həmçinin yerli icra hakimiyyəti orqanlarında çalışan mütəxəssislərin cəlb edildiyi araşdırmada məqsəd əvvəlcədən müəyyənləşdirilib və bu beş sektoru təmsil edən, uşaqlara qarşı zorakılıq və sui-istifadə hallarının ünvanlandırılmasına cavabdeh şəxslərin sorğu və müsahibələr əsasında məlumatlılıq səviyyəsinin, habelə mövcud təcrübənin öyrənilməsi olub.
Sorğular üzrə aparılan təhlillər əsasında uşaqlara qarşı zorakılıq hallarının müəyyən olunması, məlumatlılıq və təcrübə, adı çəkilən sektorlar arasında əməkdaşlıq və əlaqələndirmənin vəziyyəti, idarəetmə, monitorinq və qiymətləndirmə praktikası müəyyən edilir.