Şok! Uşaqlar arasında anemiya artıb

Çünki...

Azərbaycanda hazırda 61 min əlil uşaq var ki, onların da böyük əksəriyyətini - 70 faizini 3 yaşınadək  əlil uşaqlar təşkil edir. Bunu deyən millət vəkili, Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin sözlərinə görə, uşaqlar arasında əlilliyin minimuma endirilməsi ilə bağlı millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü əsasında Ailə Məcəlləsinə müvafiq dəyişikliyin edilməsi nəzərdə tutulur : "Eyni zamanda, "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna iki dəyişikliyin edilməsi gözlənilir. Bu dəyişikliklərdən biri 0-3 yaşlarında uşaqların sosial müdafiəsinin gücləndirilməsi məsələsi, digəri isə ərzağın zənginləşdirilməsidir. Bu gün anemiya xəstəliyindən əziyyət çəkənlərin çoxu məhz ərzağın digər maddələr hesabına zənginləşdirilməməsi səbəbindən bu problemi yaşamaq məcburiyyətindədirlər. Ona görə biz qanunvericilik yolu ilə ərzağın digər maddələr, xüsusilə metalla zənginləşdirilməsi məsələsini reallaşdırmaq istəyirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31