Təhlükəlidir! Axşam vaxtı maşın bazarına getməyin

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) maşın bazarı istiqamətinə gedən yol axşam vaxtı işıqlanmır.Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, yolun bu hissəsində ümumiyyətlə işıqlandırma sistemləri yoxdur. Qış fəslində günlər qısalan vaxt bu məsələ daha da problemli olur. BDYPİ-nin məlumatına görə, piyadaların vurulması ilə müşahidə olunan yol nəqliyyat hadisələri əsasən qaranlıq vaxtı baş verir. İşıqlandırılmamış yolda sürücülər piyadaları və yol kənarında park edilən avtomobilləri görməkdə çətinlik çəkirlər.
Təəssüflər olsun ki, yuxarıda adı çəkilən yol Bakı şəhərində yeganə yol deyil.
"Bakı işıq" elektrik şəbəkəsinin Yasamal rayon bölməsində məsələyə münasibət bildirərkən deyiblər ki, həmin yola işıqlandırma sisteminin quraşdırılması məsələsi müzakirə olunur. Bu ilin ilk rübündən etibarən küçə fənərlərinin quraşdırılmasına başlanılacaq. Yolda 30-40 fənərin quraşdırılması nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31