"Binə" ticarətçiləri Səbail məhkəməsinin qarşısına yığışıb: Polis yolu bağlayıb
21 Yanvar 2013 12:19 ProblemBinə Ticarət Mərkəzindəki etiraz aksiyasında saxlanılan etirazçıların məhkəməsi bu gün keçirilir. Modern.az-ın Səbail rayon Məhkəməsində olan əməkdaşının verdiyi məlumata görə, Binə Ticarət Mərkəzindəki etiraz aksiyasında saxlanılan etirazçıların məhkəməsi hələ başlamayıb.
Məhkəmə Bakı şəhərinin 5 fərqli rayonunda keçiriləcək. Əməkdaşımızın verdiyi məlumata görə, məhkəmənin qarşısındakı yolda hərəkət dayandırılıb. Səbail rayon Məhkəməsinin qarşısına polis əməkdaşları cəlb olub. Saxlanılan şəxslərin valideynləri, qohumları və yaxınları , o cümlədən ticarət mərkəzində işləyən şəxslər də məhkəmə qarşısına toplaşıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31