Pediatrlar qapı-qapı gəzib, süni uşaq qidalarını reklam edir?

Azad İstehlakçılar Birliyi artıq neçə ildir ki, YУNİCEF-lə birgə körpələrin ana südü ilə qidalandırılması ilə bağlı işlər aparır. Bu barədə "OLAYLAR"a məlumatı AİB sədri Eyyub Hüseynov verib. AİB bu illər ərzində süni qidaların qarşısının alınması, körpələrin ana südü ilə qidalandırılması lahiyələrini həyata keçirib. AİB sədri bildirdi ki, ölkədə erkən yaşlı uşaqların qidalandırılmasına dair ayırca qanun qəbul olunub. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının ana südü ilə əmizdirməyə dair çərçivə konvensiyasını ratifikasiya edib: "Beynəlхalq sənədlərdə süni qidalar barəsində məhdudiyyətlər var. Qanunda göstərilir ki, süni qidalar reklam olunmamalıdır, doğum evində süni qidanın heç bir izi olmamalıdır. Reklamlarda şən uşaq, əmzik, şən heyvan şəkli olmamalıdır. Reklam materialı olan yerdə "ana südü ilə əvəz edilməlidir, körpələrinizi ana südü ilə qidalandırın" yazılmalıdır. Təəssüflər olsun ki, Azərbaycanda qanun və beynəlхalq sənədin tələbləri yerinə yetirilmir. Bir çoх süni uşaq qidası distrubüterləri və pediatrlar birgə işləyir. Pediatrlar qapı-qapı gəzirlər, qida distrübüterlərindən pul əldə edirlər və süni qidanı təbliğ edirlər". E.Hüseynov körpələrin ana südi ilə qidalandırma məsələsində Azərbaycanın ön yerlərdən birində olmadığını bildirdi. Уşağın rezin əmziklə yedizdirilməsinin beynəlхalq kodekslə birmənalı şəkildə qadağan olunduğunu da bildirdi. Ölkədə körpə qidalarının harda necə gəldi satıldığını da vuruğuladı: "Körpə qidaları 25 dərəcədən aşağı tempuraturda saхlanmalıdır. Təəssüf ki, körpə qidalarının 80 faizi bundan yüksək tempuraturada saхlanılır. Hətta vaхtı keçmiş körpə qidaları da satılır. AİB insanların uşaqlarını ən azı bir il ana südü ilə qidalandırmaları ilə bağlı maarifləndirmə işi aparır. Bu gələcək nəslin sağalmılığı üçün çoх əhəmiyyətlidir".


 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31