Yol polisi sürücüləri Ağsu aşırımından istifadə etməməyə çağırır
11 Yanvar 2013 10:57 ProblemÖtən iki gün ərzində respublikanın rayonlarına güclü qar yağması səbəbindən bəzi yollar buz bağlayıb.Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14 kilometrlik Ağsu aşırımı hissəsində, Muğanlı-İsmayıllı, İsmayıllı-Lahıc, Şamaxı-Pirqulu yollarının buz bağlaması ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşıb. Hazırdan həmin yollar qardan və buzdan təmizlənir.
Səhər və axşam saatlarında həmin istiqamətlərdə hərəkət etməyin mümkünsüzlüyünü nəzərə alaraq, sürücülərdən alternativ olaraq Bakı-Qazax, Kürdəmir-Ağsu, Ucar-Göyçay, Ağdaş-Qəbələ yollarından istifadə etmək məsləhət görülür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31