“Xəmsə”nin sahibi polislə birləşib adam döydü - Şikayət

Lənkəran rayon sakinləri, hazırda Bakıda müvəqqəti qeydiyyatda olan Sadıqov Xudaverən Davud oğlu, Kərimova Qızvəs Mirzəhüseyn qızı, Cəbiyev Qalib Yədulla oğlu "Qafqazinfo"ya şikayət ediblər. Səbəb övladları Sadıqov Zakirin, Kərimov Cavanşirin və Mühəddin Cəbiyevin Zirə qəsəbəsindəki quşçuluq fermasının sahibi Mürvət Həsənlinin övladlarına qarşı törətdiyi qeyri-qanuni zorakılıq və işgəncə hadisəsi ilə bağlıdır. Məlumat üçün bildirək ki, M. Həsənli həm də "Xəmsə" restoranın sahibidir.  Belə ki, dekabr ayının 4-də adıçəkilən hər üç şəxs Mürvət Həsənliyə məxsus quşçuluq fermasından oğurluq etməkdə təqsirləndirilərək Xəzərə rayonunun 3-cü polis bölməsinə aparılıb. Hər üç şəxs əməliyyatçılar tərəfindən müxtəlif yerlərdə saxlanılıb. Cəbiyev Mühəddin "28 may" metrosunun yaxınlığında əməliyyatçılar tərəfindən saxlanılarkən prosesdə Mürvət Həsənli də iştirak edib. Şikayətçilər bildiriblər ki, ferma sahibinə məxsus "Toyota Prado" markalı maşında Cəbiyev Mühəddini xeyli döyüblər. Bundan sonra Xəzər rayonu 3-cü polis bölməsində polis əməkdaşları adları çəkilən şəxslərə xeyli sayda ağır fiziki və psixolji təzyiqlərə məruz qoyublar. Maraqlıdır ki, Mürvət Həsənli polis bölməsində də təqsirləndirilən şəxslərə tətbiq edilən işgəncə prosesində fəal iştirak edib: "Mürvət Həsənli bölmədə özünü ağa kimi aparırmış. Bundan sonra Xəzər rayonu 3-cü polis bölməsinin rəis müavini və zərərçəkmiş Mürvət Həsənli onları izahat yazmağa məcbur ediblər ki, guya onlar 2012-ci ildə fermaya külli miqdarda ziyan vurublar.
Mühəddin Cəbiyevin qardaşı Qalib Cəbiyev dekabrın 5-də qardaşına baş çəkməyə gedərkən onu bölmədə Mürvət Həsənli qarşılayıb. Mürvət Qalib Cəbiyevdən 200 min manat pul istəyib ki, həmin məbləği gətirsə, qardaşı azad olunacaq".
Valideynlər isə övladalara verilən bu işgəncələrdən xeyli narahat olduqlarıbı bildiriblər: "Nə qədər toyuq oğurlayıblarsa, cəriməsini verək, olay bitsin. Daha niyə övladlarımıza ağır işgəncə verirlər? Zakir Sadıqov işgəncələrdən sonra ağır xəstədir. Onu oradan təcili çıxartmaq lazımdır".
Təqsirləndirilən şəxslərin vəkili Murtuzəli Abbasov "Qafqazinfo" ya açıqlamasında bildirib ki, müdafiəçisi olduğu şəxslər kimsənin diktəsi olmadan 2-3 dəfə fermadan (hər dəfə də 60-70) toyuq olmaq şərtilə toyuq oğurluğu etmələrini könüllü etiraf edirlər: "Bu səbəbdən də onlara işgəncə verilərək daha artıq sayda toyuq oğurlamlarını etiraf etməyə və bu oğurluğun kimsənin diktəsi altında etdiklərinə dair məcbur edilmələri başa düşülən deyil. Zərəçəkmiş şəxsin öz maliyyə və fermanın digər payçıları ilə aralarındakı şəxsi müstəvidə olan problemlərin müdafiəçisi olduğum şəxslərin hesabına həll etməsi tam bir qanunsuzluq və özbaşınalıqdır".
Hər üç şəxsin valideynləri baş vermiş hadisə ilə bağlı ölkənin birinci xanımı Mehriban Əliyevaya, PA-nın hüquq-mühafizə orqanları ilə iş Şöbəsinin müdiri Fuad Ələsgərova, Ədliyyə naziri Fikrət Məmmədova, Baş Prokuror Zakir Qaralova, Din Ramil Usubova, İnsan Haqları üzrə Müvəkkil Elmira Süleymanovaya, BŞBPİ-nin rəisi Rafiq Abbasova, Xəzər rayon prokuroru Fəxri Ələsgərova və.s. şəsxlərə ərizə ilə müraciət ediblər.
Qeyd edək ki, hər üç şəxs hazırda Ədliyyə Nazirliyinin PX-nın 3 saylı İT-da saxlanılır.
Xatırladaq ki, sözügedən oğrluq hadisəsi mediada geniş işqlındırılmışdı. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilirdi ki, adıçəkilən şəxslər həmin fermadan 8000 ədəd toyuq oğurlayıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31