Paytaxta qaz verilişi məhdudlaşıb
“Azəriqaz” isə telefonlarını qapadıb
10 Yanvar 2013 13:45 Problem"Azəriqaz" İstehsalat Birliyinin 185 saylı "qaynar xətti"nə zəngetmək müşkül məsələyə çevrilib. Elə Birliyin əlaqə nömrələri ilə də eyni vəziyyət yaşanmaqdadır. Belə ki, yanvarın 10-da oxucu redaksiyaya müraciət edərək yaşadığı ərazidə uzun müddətdən bəri maye qazın verilməməsi səbəbi və qaz verilişinin nə vaxt bərpa olunacağı ilə maraqlanıb. Biz isə jurnalist hüququmuzdan istifadə edərək oxucunun suallarınıa cavab tapmaq istədik. Lakin "Azəriqaz" İB-nin 185 saylı "qaynar xətti"nə, eləcə də daxili nömrələrinə saatlarla zəng vurmağımıza baxmayaraq qurumun heç bir məsul şəxsi ilə əlaqə qura bilmədik. 012 109 məlumat bürosu isə sorğumuza cavab olaraq bildirdi ki, "Azriqaz" İB məlumat bazasından bütün telefon nömrələrini çıxarıb. Elə isə sözügedən qurumla hansı qaydada əlaqə qurmaq olar? Qeyd edək ki, bu təkcə abonentlərə göstərilən xidmət səviyyəsinin aşağı olması yox, həm də jurnalistlərin informasiya almaq hüququnun pozulması deməkdir.