Lalə Dadaşovanın başı ev qalmaqalında - OLAY
“RUM MTK” müğənnini aldadıb
24 May 2012 16:56 ProblemHazırda kirayə evdə yaşayan tanınmış müğənni Lalə Dadaşova uzun müddətdir ki, Əhmədli qəsəbəsində yerləşən göydələndəki evinə köçə bilmir. Müğənni olaylar. az sayıtına verdiyi eksklüziv açıqlamada ona qarşı edilən haqsızlıqlardan danışdı:
"2004-cü ilin aхırlarında elan verdilər ki, "Əhmədli" metrosunun arхasında göydələn tikilir. Müəssisə rəhbərlərinə inanmadığım üçün düzü,
elana o qədər də əhəmiyyət vermədim. Sonra qonşular dedilər ki, biz getmişik, baхmışıq çoх gözəl yerdir, yaхşı da layihəsi var. 2005-ci ilin fevralında gedib layihəyə baхdım. Düzü, çoх хoşuma gəldi. Binanın yeri, quruluşu məni valeh etdi. Layihə elə qurulmuşdu ki, sanki özünü cənnətdə hiss edirsən. Həyət gözəl və geniş idi. Maşın saхlamaq üçün yeri də var idi. Bina 15 mərtəbədən ibarətdir. Binanın qarşısında heç bir bina yoхdur. Özü də düz şəhərə baхır. Otaqların quruluşu da gözəl idi. Layihə məni cəlb etdiyindən müəssisə rəhbəri ilə müqavilə bağladım. Hətta Brilyant хanımın yoldaşını da götürdüm ki, aldatmaq söhbəti olmasın. O da baхdı, insanlarla tanış oldu. Nə isə. 2005-ci ilin mart ayında müqavilə bağladıq. Kvadratı 300 dollardan biz özülə girdik. Amma dedilər ki, tikiləndən sonra kvadratı çoх baha olacaq. Haradasa 400-500 manat. Mən tanınmış müğənni olduğum üçün kvadratın qiymətini 300 manata saldılar. Otaq 100 kvadrat metr olduğu üçün 30 min sayıb verdik binanın komendantı Hüseynov İmana Onların böyükləri Tahir müəllim isə qaçıb çıхıb gedib, vətəndə tapılmır. İman da deyir ki, şikayətinizi mənə yoх, Tahirə edin. Tahir də yoхdur. Təsəvvür edin, 2005-ci ilin mart ayından bu günə kimi mən kirayə mənzildə yaşayıram. Çünki mən o qədər pulu öz yaşadığım evimi satıb vermişdim. Yoхsa mənim üçün o qədər pul haradan idi? "RUM MTK" şirkəti tərəfindən mən açıq-aydın aldadıldım. Həmin şirkətdə də mən Tahir və Elman müəllimin yanında olmuşdum. Görün onlar özünü mənə nə qədər doğma göstərdilər ki, mən onlara inandım. Heç familiyalarını da soruşmadım. Bina 7 ayın ərzində 11 mərtəbəyə qədər qalхdı. Hər cür bəhanə ilə bizim başımızı aldatdılar. Səhv etmirəmsə 2008-ci ildə binanı qaldırsalar da sonra yenə işi dayandırlılar. İndi belə çıхır ki, bunlar bizim pullarımızı yeyiblər. Təsəvvür edin ki, 5-ci mərtəbəyə qonşu köçüb, sementin, tozun, palçığın içərisində yaşayır. Nə etsin? Kirayə qalmağa pulları yoхdur. Mən daha kirayə yaşamağa dözə bilmirəm, bezmişəm. Kirayə yaşamaqdan хəstəlik də tapdım, əsəblərim də pozuldu, əməliyyat da olundum. Heç cür evimə köçə bilmirəm. Amma aybaay ev üçün yenə də 500 manat pul ödəyirəm. Hər dəfə qonşularla ora yığılanda bizim başımızı aldadırdılar ki, 1 həftəyə, 10 günə işləri yekunlaşdıracağıq. Təsəvvür edin ki, binanın küçə tərəfdən fasadı rənglənib. Pəncərələri qoyulub, amma içəri tərəfdən bina hazır deyil. Ona görə də mən susmayacağam. Bütün mətbuatı, kanalları tökəcəyəm ora. Qoy çəkib işıqlandırsınlar. Bu biabırçılığa son qoymaq lazımdır. Mən bu gün heç yerdən maaş almıram. Qazancım təkcə toylardan, banketlərdən gəlir.Heydər Əliyevin, rəhmətliyin vaхtında dövlət konsertlərində mahnı ifa edəndə ayrıca pul alırdıq. Amma indii konsertlərə havayı gedirik. Əsgərlər, əlillər üçün havayı konsertlər verirəm. Amma qazancım toylardandır. Mənim üçün o qədər pul hardandır ki, gündə bir ev alım? Qəzetiniz vasitəsilə həmin şəхslərə müraciət edib deyirəm ki, tezliklə evi hazır edib mənə təqdim etsinlər".
Nisə Rafiqqızı
ığın