“Oğlumu döyərək öldürüblər” - Əsgər anasından iddia VIDEO
9 Yanvar 2013 17:06 ProblemXəbər verdiyimiz kimi Abşeron rayonundan hərbi xidmətə aparılan Ceyhun Qubatov dünən Müdafiə Nazirliyinin Daşkəsəndəki N saylı hərbi hissəsində dünyasını dəyişib. Ekspertiza rəyində əsgərin ürək çatışmazlığından dünyasını dəyişdiyi qeyd olunub. Anası Samirə xanım isə "Azadlıq"a deyib ki, oğlu hərbi hissədə döyülərək öldürülüb. Mərhumun yaxınları "Azadlıq"a meyitin morqda lentə alınmış görüntülərini də təqdim ediblər. Video və fotolardan da görünür ki, mərhumun üzərində ciddi xəsarət izləri var. Xırdalanda yaşamış 1994-cü il təvəllüdlü Ceyhun Qubatov 3 ayın əsgəri imiş. O, ailənin tək övladı olub. Atasını uşaqlıq vaxtlarından itirən Ceyhun anasının himayəsində böyüyüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31