Nikaha daxil olanların tibbi arayış məsələsi - PROBLEM

Hadı Rəcəbli: “ Bəzən hemofiliya və talassemiyalı şəxslər nikaha daxil olur və onlardan əlil uşaqlar dünyaya gəlir”

Ailə Məcəlləsinə nikaha girən cütlüklərdən nikaha daxil olmazdan əvvəl bir-birilərinə sağlamlıqları ilə bağlı tibbi arayışların təqdim edilməsi müddəasının salınması nəzərdə tutulur. Bu barədə məlumat verən Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin sözlərinə görə, qanunvericilikdə bu istiqamətdə dəyişikliyin edilməsilə belə halların qarşısını almaq mümkün olar: "Bəzən hemofiliya və talassemiyalı şəxslər nikaha daxil olurlar və onlardan xəstə, əlil uşaqlar dünyaya gəlir. Odur ki, bu xəstəliklərin mümkün qədər aşağı endirilməsi ilə bağlı Ailə Məcəlləsinə həmin müddəanın daxil edilməsi nəzərdə tutulur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31