Bakıda bir sıra binalar istiliksiz qalıb
8 Yanvar 2013 13:45 ProblemDay.Az saytının redaksiyasına istilik təchizatında yaranan problemlərlə bağlı məktublar gəlməkdə davam edir. Milli.Az-ın Day.Az saytına istinadən məlumatına görə, Eldar Hüseynov adlı oxucu belə yazır: "Bu il Zığ qəsəbəsindəki Naximov küçəsindəki evlərə istilik verilməyib. Heç kim bu işlə məşğul olmur, məşğul olmaq da istəmir: nə icra hakimiyyəti, nə istilik idarəsi, nə də Müdafiə Nazirliyi (Zığ qəsəbəsi Müdafiə Nazirliyinin balansındadır). Bütün bu idarələr məsuliyyəti digərlərinin üzərinə atırlar. Sizdən xahiş edirəm ki, bu məsələnin həll olunmasında yardmçı olasınız".
Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Xətai rayonu 2 saylı Mənzil İstismar İdarəsi ilə əlaqə saxlayıb. İdarədən bildiriblər ki, Naximov küçəsində 24 yaşayış binasına istilik verilmir. Bunlardan 18-i çoxmərtəbəlidir. Həmin 18 binadan 6-sı (7, 9, 11, 11А, 13 və 13B saylı binalar) 1996-cı ildən etibarən istilik alırdılar, lakin indi orada istilik yoxdur. Ötən il həmin binalara istilik verilişi dayandırılıb. Çünki istixana təzyiqə davam gətirə bilmirdi. Yaranmış problemin həll olunması üçün yeni istixana tikilir. Bu məsələ müsbət həllini tapacaq.