Binəqədi polisi Sulutəpə olayı ilə bağlı cinayət işinə başladı

Binəqədi rayon Polis İdarəsi Sulutəpə qəsəbəsində baş verən qarşıdurma ilə bağlı cinayət işi başlayıb. Bu barədə "OLAYLAR"a adıçəkilən idarədən məlumat verilib. Məlumatda bildirilir ki, Sulutəpədəki qarşıdurma ilə əlaqədar rayon polis idarəsində faktla bağlı Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq - bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda hadisədə günahkar olan şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq aparılır. Qeyd edək ki, aprelin 18-də Sulutəpə qəsəbəsində Dövlət Neft Şirkətinin əməkdaşları ilə evləri sökülən sakinlər arasında qarşıdurma yaranıb. Hadisə nəticəsində iki jurnalist və bir qəsəbə sakini xəsarət alıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumatda isə bildirilir ki, hadisə nəticəsində Dövlət Neft Şirkətinin 7 əməkdaşı da döyülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31