Azərbaycanda işsizlik səviyyəsi azalmaqda davam edir - Statistika Komitəsi

Azərbaycanda işsizlik səviyyəsi azalmaqda davam edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Dövlət Statistika Komitəsinin Əmək statistikası şöbəsinin müdir müavini Nemət Xuduzadə əmək bazarında vəziyyətə həsr edilmiş seminarda bildirib."Əgər 2005-ci ildə ölkə üzrə işsizlərin sayı 7,5 faiz və ya 317,8 min nəfər təşkil edirdisə, 2011-ci ildə bu göstərici 5,4 faiz və ya 250,9 min nəfər olub", - Xuduzadə deyib.İşsizlik statusu almış şəxslərin ümumi sayı 56 343-dən (2005-ci il) 38 330 nəfərədək (2011-ci il) azalıb.İşsizlik müavinəti alan şəxslərin sayı isə 2087-dən (2005-ci il) 1002 nəfərədək (2011-ci il) azalıb.
2010-cu ildə dövlət sektorunda məşğul olan insanların sayı 28 630 nəfər təşkil edirdisə, 2011-ci ildə onların sayı 2130 nəfər azalaraq 26 500 nəfər olub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31