Qoluzorlular başqasının qanuni torpaqlarını zəbt edir - MİLLƏT VƏKİLİ
26 Dekabr 2012 16:06 Problem"Təəssüflər olsun ki, son vaxtlar tez-tez qanunsuz torpaq zəbt olunması halları ilə qarşılaşırıq. Hansısa bir qoluzorlu heç bir səbəb və əsas olmadan başqasının qanuni torpağını zəbt edir". Bunu deyən millət vəkili, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun sözlərinə görə, yenidən müvafiq qanunvericiliyə dəyişiklik edilməli və qanunsuz torpaq zəbt etmələrə görə cinayət məsuliyyəti və ciddi maliyyə sanksiyaları nəzərdə tutulmalıdır: "Vaxtı ilə torpaqların zəbtinə görə qanunvericilikdə cinayət məsuliyyəti və cərimə sanksiyaları nəzərdə tutulurdu. Biz də çox istəyirik ki, yenidən bu məsələlər müvafiq qanunvericilik aktında öz əksini tapsın. O qanunun ki, arxasında cərimələr dayanmır, onun işləməsi mümkün deyil".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31