“Bakıelektrikşəbəkə” məhkəməyə verildi

"MTK-Real" mənzil tikinti kooperativi "Bakıelektrikşəbəkə" ASC-ni məhkəməyə verib. Kooperativ  Səhmdar Cəmiyyətə qarşı  icra vərəqəsinin və hesab ödəniş vərəqəsinin ləğv edilməsi barədə iddia qaldırıb. Qeyd edək ki, "MTK-Real" mənzil tikinti kooperativinin iddiasına 1 saylı Bakı İqtisadi-İnzibatı Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsində baxılıb. Hazırda işə Ali Məhkəmədə baxılır. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31