Bakıda tıxac problemini necə həll etməli?

Azərbaycanda bir kilometr yola 41,3 avtomobil düşür, Bakıda hər kilometrdə 426 avtomobil düşür. Əgər Bakıdakı avtomobillər bir cərgəyə düzülsə, yollarda hərəkət dayanar. Paytaxtda bir avtomobilə 2,34 m yer düşür. Əgər bu problem həll olunmasa, gələcəkdə şəhərdə maşınlar hərəkət etməyəcək, nəqliyyat dayanacaq. Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, bu barədə "Эхо" qəzetinə "MBA consulting" şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.
Onun sözlərinə görə, gələcəkdə nəqliyyat böhranını aradan qaldırmaq üçün şəhərin sərhədlərini genişləndirmək, mərkəzdə əhalinin sıxlığını azaltmaq lazımdır.

"Küçələrin sayını artırmaq, onları genişləndirmək, həmçinin işıqforların sayını azaltmaq da pis olmazdı. Yaşayış binalarını şəhərdən kənarda tikmək lazımdır. Əgər bu tədbirlər görülsə, vəziyyət qismən yaxşılaşacaq. Son zamanlar hər il avtomobillərin sayı 7-8% artır. Əgər bu tendensiya davam edərsə, Respublikadakı avtomobillərin sayı 2 milyonu keçəcək. Bu zaman yollarda ümumiyyətlə yer olmayacaq", - o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31