Dünya əhalisinin 4,8 faizi narkotiklərdən istifadə edir

"Bizim Gənclik" İctimai Birliyi  narkomaniyaya qarşı mübarizədə maarifləndirmə, təbliğat işlərinin gücləndirilməsi, habelə vətəndaş cəmiyyətinin dəstəyinin təmin edilməsi məqsədi ilə Gənclər və İdman Nazirliyinin yanında  Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Gənclərin sosial-ictimai fəallığının gücləndirilməsi" layihəsinin icrasını başa çatdırıb. İctimai Birlikdən "OLAYLAR"-a verilən məlumata görə, layihə çərçivəsində ölkə miqyasında, xüsusilə aparıcı alı təhsil müəssisələrinin yerləşdiyi regionlarda, Gəncə, Lənkəran, Sumqayıtda narkomaniya əleyhinə maarifləndirmə-təbliğat xarakterli tədbirlər həyata keçirilib. Narkomaniyaya qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu və Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi ilə birgə keçirilən tədbirlərdə əhalinin, xüsusilə gənclərin narkomaniyaya dair məlumatlandırılması ilə yanaşı, ölkədə bu sahədə aparılan uğurlu islahatlar, əldə olunmuş nəticələrlə bağlı məlumatlar verilib, eləcə də mütəxəssislər tərəfindən dünyada tətbiq olunan qabaqcıl forma və metodların əks olunduğu təqdimatlar həyata keçirilib. Qeyd edək ki, BMT-nin hesablamalarına görə dünyada 208 milyondan artıq şəxs narkotik maddələrdən bu və ya digər formada istifadə etməkdədir. Bu dünya əhalisinin təxminən 4,8 faizi deməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31