Bakıya içməli su fasilələrlə veriləcək
18 Dekabr 2012 11:06 ProblemBu gün Bakıya içməli su fasilələrlə veriləcək. "Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Bakı şəhəri, Ş.Əzizbəyov küçəsində yeni çəkilmiş 300 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır.
Bununla əlaqədar dekabrın 18-də gün ərzində paytaxtın Nəsimi və Yasamal rayonlarının bir hissəsinə - Füzuli, Ş.Əzizbəyov, A.Qurbanov, M.İbrahimov küçələrinə içməli su fasilələrlə veriləcək.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31