Xızıda hava şəraiti avtomobillərin hərəkətində çətinliklər yaradıb

Xızıda hava şəraiti ilə əlaqədar iki avtomobil yolda qalıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Xızı rayonunda Təzəkənd kəndinə gedən yolda "NİVA" və "QAZ" markalı iki avtomobil hava şəraiti ilə əlaqədar köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Sumqayıt Regional Mərkəzinin xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi texnika vasitəsilə avtomobilləri təhlükəsiz əraziyə çıxarıb və avtomobil yolunun həmin hissəsini qardan təmizləyiblər. Əməliyyat saat 08:30-da başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31