Bakı-Sumqayıt yolu buz bağladı, avtomobillərin hərəkəti dayandı

Dekabrın 16-dən 17-nə keçən gecədən başlanan güclü qar nəticəsində Bakı-Quba yolu buz bağlayıb. "OLAYLAR"ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yolun Bakıdan Quba istiqamətinədə olan hərəkət zolağı buz bağlayıb. Yolda avtomobillərin hərəkəti çətinləşib. Magistral yolun Saray və  Ceyranbatan qəsəbələrindən  və Sumqayıt ərazisindən keçən hissəsinin əksəriyyəti buz örtüyü ilə tutulduğundan yolda avtomobilılərin hərəkəti məhdudlaşmaq üzrədir. Yollarda Dövlət Yol Polisi əməkdaşları hərəkəti tənzimləməyə çalışsalar da, magistralda avtomobillərin hərəkətini normallaşdırmaq üçün aidiyyəti qurumlar heç bir tədbir görməyib. Yollarda buzu əritmək üçün qum, duz və digər vasitələrdən istifadə edilmədiyindən avtomobillər yolun kənarlarında dayanmaq məcburiyyətində qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31