Bakının sürücüləri sərnişinləri soyur
14 Dekabr 2012 16:47 ProblemBakıda avtobus sürücüləri gediş haqqını süni şəkildə qaldırırlar. Milli.Az xəbər verir ki, belə bir məzmunlu məktubu Day.Az saytının oxucusu Sahib Əliyev göndərib. "171 saylı marşrutda qiymətlər artıb. Dəfələrlə müvafiq qurumlara müraciət edilməsinə baxmayaraq, heç bir tədbir görülmür. Metronun "Qara Qarayev stansiyasından Buzovna qəsəbəsinə qədər 27 km, Bilgəh qəsəbəsinə qədər isə 32 km-dir. Qiymətlər də 30-35 qəpik arası olmalıdır. Lakin məsafədən asılı olmayaraq, sürücülər 40 qəpik tələb edirlər. Nəyə görə avtobusun içində qiymət lövhəsi yoxdur?", - məktubda deyilir.
Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Namiq Həsənovla əlaqə saxlamağa çalışıb. Lakin çoxsaylı zənglərə baxmayaraq, Namiq müəllim zənglərə cavab verməyib.
İqtisadi İnkişaf Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Abbas Əliyev məsələyə münasibət bildirərkən deyib ki, avtobusda qiymətləri Tarif Şurası müəyyənləşdirir.
"Əgər sizin oxucunuz iddia edirsə ki, sürücülər süni şəkildə qiymətləri artırırlar, onda biz bu faktı araşdıra bilərik. Sürücü Anti-inhisar Siyasəti və İstelakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidmətinə müraciət etsin", - o əlavə edib.