İki nəfər ruhi хəstə intihar etmək istəyib

Bu ilin noyabr ayı ərzində 12 nəfər dərman zəhərlənməsi ilə əlaqədar olaraq Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib. Şöbənin rəhbəri Azər Maqsudov "OLAYLAR"a bildirib ki, zəhərlənməyə səbəb əsasən sakitlşədirici dərmanlar, depresiyaya qarşı dərmanlar, eləcə də vitamin tərkibli preparatlar olub. Ölüm hadisəsi qeydə alınmasa da, iki nəfər nəzarətdə olan ruhi хəstə intihar məqsədilə öz dərmanlarından artıq dozada qəbul ediblər. İntihar etmək istəyənlərdən biri orta yaşlı kişi, digəri isə qadın olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31