Noyabrda 42, dekabrda isə artıq 16 nəfər dəm qazından zəhərlənib
14 Dekabr 2012 12:51 ProblemNoyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə dəm qazından zəhərlənmələrlə bağlı 42 müraciət olub. Bu barədə "OLAYLAR"a məlumatı şöbənin rəhbəri Azər Maqsudov verib. A.Maqsudov onu da bildirib ki, dekabr ayının ötən 10 günü ərzində artıq 16 nəfər dəm qazından zəhərlənməyə görə şöbəyə müraciət edib. Bu müddət ərzində şöbədə dəm qazından zəhərlənmə ilə bağlı fakt qeydə alınmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31