Paytaxt sakinləri evlərinə girməkdə çətinlik çəkir - PROBLEM VIDEO

Yağış nəticəsində Biləcəri qəsəbəsində evləri su basıb

Ötən gün yağan güclü yağış Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsinin yeni yaşayış massivində də fəsadlara səbəb olub. Yağan yağış nəticəsində yaşayış massivində evlərin həyətyanı sahələrini su basıb. Sakinlərin bildirdiyinə görə, yeni yaşayış massivində kanalizasiya sistemi olmadığından yağış yağan kimi həyətləri su basır. Yağan yağış əksər evlərin döşəməsinə qədər çıxıb.
Sakinlər evlərinə girməkdə çətinlik çəkirlər. Sakinlərin bildirdiyinə görə, yaranan vəziyyətlə bağlı dəfələrlə aiddiyyatı qurumlara müraciət olunsa da, hələ ki, bir nəticə yoxdur.
Binəqədi rayon İcra Hakimiyyətindən verilən məlumata görə, baş verənlərdən xəbərdardırlar. Yağan yağışların ərazidə toplaşmasına səbəb kollektor drenaj sisteminin olmamasıdır. Ərazidə kollektor drenaj sisteminin qurulması üçün İcra Hakimiyyəti tərəfindən layihə hazırlanaraq "Azərsu" Səhmdar Cəmiyyətinə göndərilib. "Azərsu"dan verilən məlumata görə, qurumun qeyd olunan ərazidə hec bir kollektor drenaj sistemi yoxdur. Gələcəkdə hər hansı kollektor drenaj sisteminin qurulması üçün də heç bir layihə göndərilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31