Bu il quduzluqdan 4 ölüm faktı qeydə alınıb

Bu ilin 4 ayı ərzində 4 quduzluğa yoluхma hadisəsi qeydə alınıb. Bu barədə "OLAYLAR"a məlumatı Respublika Taun Əleyhinə Stansiyanın epidemioloji şöbəsinin müdiri Rita İsmayılova məlumat verib. Bildirib ki, bu il ərzində heyvan dişləməsi ilə bağlı 1200-dək müraciət olub. Müraciətlər daha çoх böyük şəhərlərdən-Bakı, Gəncə, Sumqayıt, Şəmkirdən olub. Abşerondan olan müraciətlərin də sayı artıb. Belə ki, ötən müddətdə 400 müraciət olub. Quduzluqdan ölüm faktları isə Cəlilabad, Saatlı, Sabiarbad və Beyləqanda qeydə alınıb. 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31