Bakı şəhərində 1341 nəfər dəm qazından boğulub VIDEO

Hamam otaqlarında təhlükəsizlik qaydalarına əməl etsək, “səssiz ölüm”ə qalib gələ bilərik

Tək Bakı şəhərində bu günə qədər 1341 nəfər dəm qazından boğulub. Onlardan 30 nəfəri vəfat edib. Ölənlərdən 4-ü azyaşlı uşaq olub. Körpələrimizin, yaxınlarımızın, əzizlərimizin canını əziz tutmaq üçün artıq çoxlarının ölüm məkanına çevrilmiş hamam otaqlarında təhlükəsizlik qaydalarına əməl etmək bizə bu "səssiz ölüm"ə qalib gəlməyə kömək edər. Dəm qazından boğulma halları artıq adiləşib desək, bəlkə də yanılmarıq. Maraqlıdır ki, keçmişdə indiki qədər çeşiddə qaz qızdırıcı cihazlar yox idi. Əksəriyyət evində "ceyran peç"i adlanan sobalardan, hamamlarda isə "samovar" adlanan su qızdırıcılarından istifadə edirdi. Amma indi istər su qızdırıcılarının, istərsə də evləri qızdırmaq üçün istifadə edilən sobaların sayı-hesabı yoxdur. Lap dəm qazından zəhərlənib boğulanlarında sayı kimi. Mütəxəssislər deyir ki, vanna otaqlarının və yaxudda otaqların qızdırılması üçün istifadə edilən qaz sobaları normativlərə uyğun qoyulmur. "Azəriqaz" İstehsalat Birliyinin mütəxəssisləri dəm qazından boğulma hallarının əsasən vanna otaqlarında baş verdiyini deyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31