Dünyada 200 milyonadək uşaq işləməyə məcbur edilir
6 Dekabr 2012 19:34 ProblemUşaq əməyindən sui-istifadəyə dair yeni hesabata əsasən dünyada 200 milyonadək uşaq işləməyə məcbur edilir."Azadinform" BBC-yə istinadən xəbər verir ki, BMT-nin Təhsil üzrə xüsusi nümayəndəsi Qordon Braunun ofisi tərəfindən hazırlanmış hesabata əsasən hazırda uşaq əməyindən sui-istifadə halları azalır, lakin bu azalmanın çox cüzi olduğu qeyd olunur. Hesabata görə 5 və 17 yaş arasında olan 215 milyonadək uşaq işləməyə məcbur edilir. Bəzilərinin rəsmi təhsil almaq imkanının olduğu qeyd olunub. Lakin 15 milyon uşağın tamamilə məktəbə getmək imkanı olmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31