Bakı metrosunda qorxulu anlar: sərnişinlər evakuasiya olunub

Tuneldə olan qatar tüstülənib

Bu gün Bakı Metropolitenində baş verən texniki nasazlıq sərnişinləri təşvişə salıb. Bu barədə ANS PRESS-ə hadisə şahidləri məlumat veriblər.
Belə ki, "H.Aslanov" stansiyasından "Dərnəgül" stasiyasına hərəkətr edən qatar "Qara Qarayev" stansiyasına çatmamış tunelin içində dayanıb. Qatarın vaqonlarını tüstü və kəskin yanıq qoxusu bürüyüb. Qatar "Qara Qarayev" stansiyasına çatdırılıb və sərnişinlər boşaldılıb.

Bakı Metropolitenin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata örə, hadisə texniki nasazlıq üzündən baş verib. Sərnişinlər qatardan çıxarıldıqdan sonra qatar depoya göndərilib. Hadisə zamanı xəsarət alan olmayıb. Sadəcə sərnişinlər arasında gərginlik yaşanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31