Bağlı qapı arxasında qalan uşaq psixoloji vəziyyətdə aşkarlanıb
5 Dekabr 2012 16:44 ProblemFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin pəncərəsindən həmin mənzilin pəncərəsinə enməklə içəri daxil olaraq giriş qapısını açıblar. Mənzilə baxış keçrilərkən azyaşlı gərgin psixoloji vəziyyətdə aşkarlanaraq xilasedicilər tərəfindən valideynlərinə təhvil verilib.