Azərbaycan vətəndaşlarını konservlər zəhərləyir
5 Dekabr 2012 15:02 Problem2012-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1080 qida zəhərlənməsi halı qeydə alınıb.
Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına Respublika Gigiena və Epidemilogiya Mərkəzinin qida şöbəsinin müdiri İmran Abdullayev bildirib. Onun sözlərinə görə, hesabat dövründə 1315 nəfər qidadan zəhərlənib. "Daha ağır qida zəhərlənməsi halı botulizmdir. Yanvar-oktyabr ayları ərzində 19 belə hal qeydə alınıb və 25 nəfər bu cür zəhərlənmədən əziyyət çəkib. Ölümcül hallar qeydə alınmayıb. Bütün zəhərlənmə halları ev şəraitində konservləşmiş pomidor və xiyardan baş verib", - o əlavə edib.
Oktyabr ayı ərzində 64 zəhərlənmə faktı qeydə alınıb, bu zaman 155 nəfər zəhərlənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31