Bakıda 20 yaşlı qızı avtomobil vurdu

Bakının Nizami rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Babək prospektində yolu keçmək istəyən 1997-ci il təvəllüdlü Şirinova Aytac Bəkir qızını minik avtomobili vurub.

Hadisəni törədən sürücü xəsarət alan piyadanı xəstəxanaya aparıb.

Faktla bağlı sürücünün izahatı alınıb. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31