Şüvəlan pansionatında bıçaqlanma
15 Aprel 2017 09:48 ProblemBakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə Şüvəlan qəsəbəsində yerləşən Energetika pansionatında qeydə alınıb.
Belə ki, 1999-cu il təvəllüdlü Hüseynov Qorxmaz Fuad oğlu naməlum şəraitdə bıçaqlanıb. O, ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis bölməsinin əməkdaşları onun kim və ya kimlər tərəfindən bıçaqlandığını araşdırır. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31