"Nəqliyyatın intellektual idarəetmə sistemi" iflic vəziyyətə düşüb

Gənclər Məclisinin son sessiyasında istimai nəqliyyatin hazırki vəziyyəti müzakirə edilib. Bildirilib ki, bütün səylərə baxmayaraq  avtobuslar göstəriləndən artıq sərnişin götürür.  Bu problemin həlli üçün ən yaxşı yol kart sisteminin tətbiqidir. Həmçinin bildirilib ki, "Eurovision" vaxtı avtobus və dayanacaqlarda "Nəqliyyatın intellektual idarəetmə sistemi" layihəsi çərçivəsində monitorlar quraşdırılmışdı ki, avtobusların hərəkətləri sərnişinlər tərəfindən izlənə bilsin. Bu həm də avtobusların təhlükəsizliyini təmin edirdi. Sərnişin də vaxtını rahat hesablayıb növbəti avtobusdan xəbər tuturdu. İndi isə həmin sistem demək olar ki, iflic vəziyyətindədir. Əlavə edilib ki, nəqliyyat sistemi dövlət mülkiyyətinə verilməlidir. Çünki avtobusların müxtəlif şirkətlər tərəfindən idarə olunması əhalinin işini çətinləşdirir. Qəza və yaxud narazılıq halları baş verdikdə insanlar hara müraciət edəcəklərini bilmirlər. Sessiyada yeraltı keçidlər və metroya diqqətin artırılması vurğulanıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31