Bakıda dəm qazından zəhərlənmələrin əsas səbəbi açıqlandı
30 Noyabr 2012 15:22 ProblemBakıda mindən artıq çoxmənzilli bina var ki, onların vanna otaqları qazla işləyən suqızdırıcı cihazlarından istifadəyə yaramır. Bu barədə cümə günü Trend-ə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyindən bildirilib. Qeyd olunub ki, bu da tez-tez vətəndaşların dəm qazından zəhərlənməsinə səbəb olur. Bunun səbəbi vanna otaqlarında xüsusi tüstü borularının olmamasıdır. Ona görə də vətəndaşlar tüstü bacalarını ventilyasiya sisteminə və şaxtalara birləşdirirlər, bu da dəm qazının otaqlarda toplanmasına və nəticədə zəhərlənməyə gətirib çıxarır.
İB-dən deyildiyi kimi, bu problem əsasən köhnə çoxmənzilli binalarda daha tez-tez müşahidə olunur, çünki yeni tikililərdə əsasən suqızdıran cihazlarının eyvanda quraşdırıldığı kombi sistemi qurulur.
"Azəriqaz"dan deyildiyi kimi, işçilər daim planlı və plandankənar qaydada istehlakçıların evlərində baxışlar keçirir, xəbərdarlıq və təbliğat işləri aparırlar. Buna baxmayaraq, dəm qazı ilə zəhərlənmə halları xüsusilə qış dövründə tez-tez baş verir.
"Və indi də bizim işçilərimiz tərəfindən plandan kənar müayinələr və istehlakçıların məlumatlandırılması üzrə aktiv işlər aparılır", - SC-dən qeyd edilib.
Tüstü borularının uyğun sistemi olmayan evlərdə elektrik suqızdırıcı cihazların tətbiqi daha təhlükəsizdir. Amma suyun qızması üçün qaza nisbətən elektrik enerjisindən istifadə daha baha başa gəldiyindən istehlakçıların əksəriyyəti məhz qazla işləyən qızdırıcılardan istifadə edir", - "Azəriqaz"dan bildirilib.