Azərbaycanda 400 min insan sonsuzluqdan əziyyət çəkir - AKTUAL

Azərbaycanda süni mayalanma 2004-cü ildən həyata keçirilir və artıq bu sahədə ciddi uğurlar əldə edilib. Bu barədə məlumat verən Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Mamalıq və ginekologiya İnstitutunun direktoru Faizə Əliyevanın sözlərinə görə, Azərbaycanda ildə 1000 qadın süni mayalandırma ilə bağlı müraciət edir: "Əgər Avropada bununla bağlı müraciət edənlərdə yalnız 30-35 faiz müsbət nəticə əldə edirlərsə, Azərbaycanda bu göstərici 40-45 faiz arasındadır. Bu gün Azərbaycanda təxminən 400 min insan sonsuzluqdan əziyyət çəkir, onların böyük əksəriyyəti kişilərdir. Bu, digər ölkələrlə müqayisədə çoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31