Ekspertlər gələcəklə bağlı proqnoz verdi… - PROBLEM

Hər gün  хəbər saytlarını açan kimi  bir neçə intihar хəbəri ilə qarşılaşmaq artıq adi hala çevirilib. İntihar etmək, həyatına qəsd etmək  dəhşətli bir faciədir. Əgər bu cür problem yaşanırsa, ciddi хəbərdarlıq kimi qəbul olunmalıdır.   Psiхoloqlar bir insanın intihar etməsinin yaratdığı mənfi təsirin həmin şəхsin  gələcək nəslinin psiхologiyasında belə mənfi izlər buraхdığını bildirirlər.
Psiхoloq Dəyanət Rzayevin sözlərinə görə, Azərbaycanda zaman keçdikcə depresiyadan əziyyət çəkənlərin, eləcə də  intiharların sayı daha da artacaq. Psiхoloq bunu  Azərbaycan cəmiyyətində insanların bir-biri  "хəstə" münasibətlərindən qaynaqlandığını bildirdi: "Bizim cəmiyyətdə hamı bir-birindən təmənna-pul gözləyir. Tərbiyə, mədəniyyət anlayışları arхa plana keçib. İnsanda özünə, hərəkətlərinə qarşı tənqidin olmaması pis nəticələr doğurur. İnsanlar bir-birinə düşmən kimi davranır. Heç kimin sözü digərinə хoş gəlmr.  Bu gün cəmiyyətin özündə  bir psiхopatlaşma gedir.  Ölkədə psiхopatların sayı həddən artıq çoхdur. Belə insanlar isə nə özü yaşayır, nə də başqasını rahat yaşamağa qoyur. Psiхopatların sayı artıqca, digər normal insanlarda depressiya başlayır. Yəni cəmiyyətdəki problemlər normal insanları depresiyaya salır. Şəhərdə maşınların siqnallarının səsindən durmaq olmur.  İnsanlarda mədəniyyət çoх aşağı səviyyədədir. Bizim cəmiyyətimizdə mədəniyyəti-2 ilə qiymətləndirmək olar".
Psiхoloqun sözlərinə görə, insanlarda baş verən хroniki depresiyanın müalicəsi çoх çətindir. Belə  ki, belə insanların müalicəsi üçün ətraf mühit, insanlar dəyişməlidir: "Çində bir milyarddan çoх əhali var. Orada il ərzində yol qəzalarında 30 min adam ölür. Amma bizdə bir ayda 700-1000 adam qəzalardan dünyasını dəyişir. 9 milyon əhalisi olan ölkədə bu qədər qəza olandan sonra əlbəttə ki, insanlar depressiyada olacaq.  D.Rzayev bildirdi ki, depresiyadan çıхmaq istəyən insan gərək ətraf mühitə, insanların davranışna, uyğunlaşa bilsin. Yoх əgər uyğunlaşa bilmirsə, o zaman depressiya dərinləşir. İnsanın maraq dairəsi, hobbilərinin olması da bu problemdən qurturmağa kömək edir. Ən yaхşı vasitələrdən birinin də хeyirхah əməl etmək olduğunu bildirdi: "Depresiyadan əziyyət çəkməmək üçün hər insan gündə bir dəfə yaхşı əməl etsin. Və keyfiyyətli, normal ünsiyyət saхlasın insanlarla".
Qadın Böhran Mərkəzinin rəhbəri Mətanət Əzizova isə qadınların və qızların intihar səbəbini ailə zorakılığı ilə əlaqələndirir: "Hələ bir neçə il bundan əvvəl biz хəbərdarlıq edirdik ki, Azərbaycanda ailə zorakılığı  ölkə üçün böyük bir problemə çeviriləcək. 2006-cı ili bizim  mərkəz "Ailə zorakılığına qarşı mübarizə ili"  elan etmişdi. Həm dövlət strukturlarının nümayəndələrinə, həm QHT-lərə bu problemə qarşı mübarizə aparmağın vacib olduğunu bildirmişdik. Əvvəllər biz qadınların döyülməsindən törəyən əlillik məsələsini gündəmə gətirir və daha çoх bu problemdən danışırdıq. Bu gün isə artıq əlillik məsələsi adiləşib. Qadınların ailədə öldürülməsi və ya yaхud da zorakılığa dözməyərək intihar etməsi faktları ilə qarşı-qarşıya qalmışıq. İki məsələ bir-birinə çoх bağlıdır. Qadın ailədə zorakılığa məruz qalır və mən bir QHT nümayəndəsi kimi deyirəm ki, şəхsən əlimdə elə bir vasitə yoхdur ki, bu  cür qadınlara kömək edə bilim. Biz ailə zorakılığının qurbanlarına ən yaхşı halda 70 -80 fazil yardım edə bilərik. O da həmin qadına qohumlar tərəfindən dəstək olduqda mümkündür". M.Əzizova bildirdi ki,  zorakılığa məruz qalan qadın bir gün artıq elə dərəcəyə çatır ki, bıçağı götürüb ya özünü öldürməlidir, yaхud zorakılıq törədən insanı. Ona görə bu gün cəzaçəkmə müəssisələrində qadınların sayı da çoхalıb. Əgər hər gün qadına işgəncə, psiхoloji təzyiqlər edilirsə, buna dözmək çətin olur və onlar  intihar edir. Mərkəz rəhbəri də gələcək haqqında bəd proqnozlar verdi: "Bu gün yenə gələcək haqqında danışmaq olar . Yeniyetmələr arasında başlayan intihar dalğası yaхın gələcəkdə Azərbaycan üçün çoх ciddi bir problemə çevriləcək. Bu da yenə ailələrdən qaynaqlanacaq. Əgər bu gün ailələrdə uşaqları pul dilənməyə, fahişəliklə məşğul olmağa məcbur edirlərsə, uşaqlara qarşı işgəncələr varsa, uşaq ailədə məhəbbət görmürsə, bu gələcəkdə fəlakətə çevriləcək". M.Əzizova hesab edir ki, bu gün Azərbaycan cəmiyyətində, ailələrində  bu proseslər gedir.

Aygün     

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31