Sabirabadda fövqəladə vəziyyət elan edilib VIDEO

Su kollektoruna aşan maye qaz dolu maşın ərazi üçün hələ də təhlükə mənbəyi olaraq qalır

Sabirabadda fövqəladə vəziyyət elan edilib. Aşan maye qaz dolu maşın ərazi üçün hələ də təhlükə mənbəyi olaraq qalır. Hadisənin yaşayış evlərinin və kollecin əhatəsində olan yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verməsi bu təhlükəni daha da artırır.Sabirabadda sürüşərək kollektora düşən kimyəvi maddə daşıyan ağırtonajlı maşını hələ də kollektordan çıxarmaq mümkün olmayıb. Qeyd edək ki, sürüşərək aşan propan-butanla dolu 20 tonluq qoşqulu Zil 130 markalı avtomaşın ərazidəki maye qaz doldurma məntəqəsinə yanacaq gətirirmiş. Sürücüsü avtomaşını arxaya verərək dönmək istəyərkən, palçıqlı yolda sürüşüb və kollektora aşıb. Qoşqusundakı kimyəvi maddə ilə tam dolu olan maşından başqa bir neçə metrlikdə maye qaz doldurma məntəqəsinin də olması vəziyyəti daha da təhlükəli edib. Dərhal ərazidə fövqəladə vəziyyət elan olunub və yaxınlıqda yerləşən Sabirabad Dövlət Sosial İqtisad Kollecinin müəllim-tələbə heyəti evakuasiya edilib.Təhlükə zonasındakı evlərə təbii qazın verilişi müvəqqəti olaraq dayandırılsa da, təxminən saat 16.00 radələrində "mavi yanacağın" verilişi bərpa edilib. Qeyd edək ki, maşını kollektordan qaldırmaq üçün əraziyə 25 tonluq qaldırıcı kran gətirilb. Amma bir neçə dəfə cəhd olunmasına baxmayaraq ağırtonajlını kollektordan çıxarmaq mümkün olmayıb. Buna görə də, paytaxtdan 40 tonluq kranın gəlməsi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31