«İnsan alveri» 7 qurbanın taleyindən bəhs edir

Qadın Böhran Mərkəzi ərsəyə gətirdiyi "İnsan alveri" sənədli filminin bölgələrdə təqdimatını keçirir. Mərkəzin rəhbəri Mətanət Əzizova "OLAYLAR"a bildirib ki, artıq sənədli filmin təqdimatı Naхçıvan, Balakən və Gəncədə baş tutub: "Gələn həftə isə "İnsan alveri" filminin təqdimatı Lənkəranda olacaq. Film 7 insan alverinin qurbanı olan insanın həyatından bəhs edir. Həqiqi faktlar əsasında çəkilib. Filmə baхanlar insan alverinin Azərbaycanda da olduğunu və hansı formalarda özünü göstərdiyini öz gözləri ilə görürlər". M.Əzizova filmin geniş formada Bakıda da təqdimatının keçirilməsinin nəzərdə tutulduğunu bildirdi.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31