4 otaqlı ev yanıb
14 Yanvar 2017 18:00 ProblemAğstafa rayonunda vətəndaşa məxsus evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Ağstafa rayonu, Qıraq Kəsəmən kəndində vətəndaşa məxsus ümumi sahəsi 165 m2 olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları, ev əşyaları və dam örtüyü 60 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 14:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31