Səngəçalda növbəti partlayış
10 Yanvar 2017 22:36 ProblemBakının Qaradağ rayonunda növbəti dəfə qaz xəttində partlayış olub.
Bu barədə "Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsi"nin sədri Mirvari Qəhrəmanlı sosial şəbəkə vasitəsilə məlumat verib.
O bildirib ki, partlayış Səngəçal qəsəbəsində olub: "Hadisə saat 20:40-da baş verib. Qəza ötən dəfə baş verən yerə yaxın ərazidədir".
Hazırda həmin ərazidə güclü yanğın olduğu bildirilir.
Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31