İctimai Palata jurnalistlərin döyülməsini pisləyən bəyanat yaydı
19 Aprel 2012 15:58 Problemİctimai Palata aprelin 18-də Sulutəpə qəsəbəsində jurnalistlərın döyülməsilə bağlı bəyanat yayıb. "OLAYLAR"a daxil olan bəyanatda bildirilir ki, Sulutəpə qəsəbəsində əhalinin mülkünü sökməklə məşğul olan Dövlət Neft Şirkətinın mühafizəçiləri peşə fəaliyyətini yerinə yetirən "Yeni Müsavat" qəzetinin xanım əməkdaşı Günay Musayeva və Repartyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı İdrak Abbasovu amansızlıqla döyüblər. İdrak Abbasov hazırda Respublika Kliniki Xəstəxanasındadır və onun sağlıq durumunun kritik olduğu bildirilir: "İctimai Palata öz peşə vəzifələrini yerinə yetirərkən zorakılığa məruz qalan Günay Musayeva və İdrak Abbasovun sağlıq durumundan narahatlığını bildirir və bunu qeyri-insani addım kimi dəyərləndirdiyini bəyan edir. Jurnalistlərin döyülməsi faktı insan haqlarına, beynəlxalq hüquq normalarına ziddir". Bəyanatda İctimai Palata Sulutəpə qəsəbəsi sakinlərinin evlərinin sökülməsi və jurnalist zorakılığını qəti şəkildə pisləyir.