Azərbaycanda sonsuzluğun səviyyəsi artıb VIDEO

Ötən il ölkədə boşanan 10 min 747 ailədən 7min 368-nin övladı olmayıb

Azərbayçanda konkret olaraq sonsuzluqla bağlı statistika yoxdur. Lakin bir sıra digər rəqəmlərə əsaslanaraq sonsuzluğun səviyyəsini təyin etmək olar. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin məsləhətçisi Aynur Veysəlovanın sözlərinə görə, son 3 ildə boşanan ailələrin statistikasına nəzər salanda, bu sahədəki vəziyyət qismən məlum olur.

2009 -cu ildə - 7784 ailə boşanıb -onlardan 4634 -nün uşağı yoxdur.
2010-cu ildə - 9061 ailə boşanıb - onlardan 5527-nin uşağı olmayıb.
2011-ci ildə isə boşanan 10747 ailənin 7368-nin övladı olmayıb.

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu, süni mayalanma üzrə mütəxxəssis Sevinç Sevdimalıyeva da ötən illərə nisbətən sonsuz ailələrin sayının artdığı qənaətindədir. Mama-ginekoloqun sözlərinə görə sonsuzluq bir neçə səbəbdən ola bilər. Kişi, qadın və qarışıq sonsuzluq. Xüsusən də kənd yerlərində kişilərin həkim müayinə və mülaiçəsindən imtina etməsi bu faktoru artırır. Kişinin adi müayinədən imtina etməsi isə həm də ailənin uşaqdan imtina etməsi deməkdir. Sonsuzluğun artmasına səbəb cinsi yolla keçən xəstəliklər və düzgün olmayan müalicədir Mama- ginekoloq hesab edir ki, süni mayalanma yolu ilə övlad sahibi olmaq sonsuz çütlüklər üçün ən ideal variantdır. Təbii ki, süni mayalanma üçün də mütləq həkim göstərişi olmalıdır. 10 ildən çox sonsuzluqdan əziyyət çəkən ailələr üçün süni mayalanma pulsuz olacaq Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda sonsuzluqdan əziyyət çəkən və xüsusi sosial müdafiəyə ehtiyacı olan ailələrə ekstrakorporal - yəni süni mayalanma və embrionun köçürülməsi dövlət tibb müəssisələrində bir dəfə dövlət büdcəsi vəsaiti hesabına ödənişsiz həyata keçiriləcək. Bu "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində öz əksini tapıb. Qanun layihəsində qeyd olunub ki, bu əməliyyatların pulsuz təşkili 10 ildən çox müddətdə sonsuzluqdan əziyyət çəkən insanlar üçün nəzərdə tutulub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31