Bakının iki rayonunda bu gün içməli suyun verilməsində fasilələr olacaq

Magistral su xəttində təmir işləri aparılır

Bu gün gün ərzində paytaxtın Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə - C. Hacıbəyli, M.Qaşqay, X. Şuşinski, S. Rüstəm küçələrinə, eləcə də Vaqif prospektinə içməli suyun verilməsində fasilələr olacaq.
"Azərsu" ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, Bakı şəhəri Nərimanov rayonu F.X. Xoyski küçəsindən keçən magistral su xəttində təmir işləri aparılır. Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31