Ağ ciyər xəstəlikləri müzakirə mövzusudur
16 May 2012 18:49 ProblemMayın 16-da Səhiyyə Nazirliyində BMT-nin İnsan Hüquqları və Sağlamlıq məsələləri üzrə xüsusi məruzəçisi Annand Qrouverin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. "Olaylar"ın verdiyi məlumata görə, görüşdə son illər ərzində ölkə səhiyyəsində görülən işlər, əldə olunan nailiyyətlər və gələcək perspektivləri müzakirə olunub. Qonaqları maraqlandıran 3 əsas mövzu - səhiyyənin maliyyələşdirilməsi, ağ ciyər xəstəlikləri sahəsində görülən işlər və cəzaçəkmə müəssisələrində olan cəzaçəkənlərin hüquqları və onlara göstərilən tibbi yardım haqqında məlumatlar verildi. Səfər çərçivəsində Annand Qrouverin rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra tibb müəssisəsi ilə tanış olacaqlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31