Azərbaycan-Rusiya sərhədində 4 günlük növbə
16 Noyabr 2012 18:23 ProblemAzərbaycan-Rusiya sərhədində günlərdir ki, növbələr davam edir. "Qafqazinfo"nun məlumatına görə, qonşu ölkəyə getmək istəyən sərnişinlər uzun müddət sərhəddə avtobuslarda gecələməli olurlar.
Samur sərhəd keçid məntəqəsində yüzlərlə sərnişin avtobusu, minik və yük maşını növbəyə durub. Artıq sürücülər 4 gündür ki, növbələr gözləyir.
İndi gömrük terminalının qarşısında 200-dən artıq avtomobil Rusiyaya keçmək üçün növbə gözləyir. Sərhədi keçmək istəyən sərnişinlər problemin,nəvaxt həll olacağından xəbərsiz olduqlarını bildiriblər.
Aldığımız məlumata görə, problemin qonşu Rusiyanın sərhədindədir. Rusiyanın gömrük keçid məntəqəsi gün ərzində cəmi 10 -12 avtobusun qəbul etmək imkanı var .
Azərbaycanın Samur sərhəd və gömrük keçid məntəqələrindən asanlıqla keçmək mümkün olsa da, Rusiyanın Məhərrəmkənd sərhəd keçid məntəqəsində tıxac yaranıb.
Samur gömrük keçid məntəqəsindən verilən məlumata görə, sərhəddəki tıxac Rusiya tərəfində aparılan qeydiyyatla bağlıdır. Belə ki, sərhəddə əhali sıxlığının yaranması və digər texniki problemlər Rusiyanın Yaraq Qazmalarındakı Gömrük Keçid Məntəqəsində növbələrə səbəb olub. Problemin aradan qaldırılması istiqamətində tədbirlər görülür.