Azərbaycanda üstünə “Kürd” yazılan maşınlar niyə saxlanılmır? -Foto

Son vaxtlar Sumqayıtda bir qrup gəncin avtoxuliqanlığı şəhər sakinlərini əməlli-başlı qorxuya salıb. Moderator.az-ın araşdırmaları zamanı bəlli olub ki, avtomobilləri nömrəsiz şəkildə idarə edən gənclər barəsində tədbir belə görülmür.
Bu şəxslər günün-günorta vaxtı şəhərdə şou göstərir, qanunlara riayət etmədiklərini nümayişkəranə şəkildə diqqətə çatdırırlar. Avtomobillərin üzərində isə "Kürd sözləri yazılır ki, bəlli səbəblərə görə, yerli polis orqanları da buna göz yumur. Avtoşlar əsasən Sumqayıtın mərkəzi hissəsində, "Sülh" küçəsində görünürlər. Şahidlərin sözlərinə görə, onlar avtomobili nümayişkəranə şəkildə idarə edir, sanki bununla ətrafdakı insanlara meydan oxuyurlar. Halbuki, avtomobili dövlət nömrə nişanı olmadan idarə etmək ciddi qanun pozuntusu hesab edilir və belə şəxslər haqqında qanunvericilikdə kifayət qədər sərt tədbirlərin görülməsi nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31